01 mart 2018-ci il tarixdə Yevlax şəhər 5 nömrəli tam orta məktəbdə 1 mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.
“Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda keçirilən tədbirin məqsədi insanlara mülki müdafiə biliklərinin öyrədilməsi, fövqəladə hadisələr zamanı davranış qaydaları, əfrat mühit və təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirmə olmuşdur.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Aran Regional İdarəsinin mayotu E.Bəşirov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinin nümyəndəsi T.Ələkbərov, Yevlax şəhər Təhsil şöbəsinin metodisti N.Hüseynov, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Z.Əhmədova, müəllimlər və şagirdlər iştirak ediblər.