12.03.2018

“Şahin” hərbi idman oyunlarının final mərhələsi keçirilib.

12 mart 2018-ci il tarixdə Yevlax rayon Xaldan kənd tam orta məktəbdə “Şahin” hərbi idman oyunlarının final mərhələsi keçirilib. Yevlax Şəhər təhsil Şöbəsi, Yevlax şəhər Uşaq Gənclər İdman İdarəsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Yevlax rayon şöbəsi ilə birgə təşkil olunan “Şahin” hərbi idman oyunlarında məktəblərin VIII-X sinif şagirdləri iştirak ediblər.

Final yarışmasında 8 komanda (şəhər 5 nömrəli, Aran qəsəbə 1 nömrəli, Yuxarı Qarxun, Qoyunbinəsi, Nəmərli, Nemətabad, Xaldan və Salamabad kənd tam orta məktəbləri) iştirak edirdi.

Göstərilən normativlərə uyğun olaraq Xaldan kənd tam orta məktəbin komandası birinci yerə, Salamabad və Qoyunbinəsi kənd tam orta məktəblərin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görüldü.

Sonda Şəhər Gənclər İdman İdarəsinin Fəxri Fərmanı və GHXÇDX-nin Yevlax rayon şöbəsinin hazırladığı qiymətli hədiyyələri və fəxri fərmanları qaliblərə təqdim olundu.