19 mart 2018-ci il tarixdə Milli bayramımız olan Novruz bayramı münasibətilə bütün məktəblərdə olduğu kimi Şəhər 2 nömrəli və Nərimanabad kənd tam orta məktəblərində bayram tədbirləri keçirilib.
Müəllimlərin, şagirdlərin və valideynlərin iştirak etdiyi bayram tədbirində iştirakçılarına ətraflı məlumat verilib.
Şagirdlər bahar bayramına aid şeirlər söyləyib, mahnılar səsləndiriblər.
Məktəblilərin hazırladıqları Novruz personajları olan Kosa, Keçəl və Bahar qızı obrazları iştirakçılarda xoş ovqat yaradıb. Rayonumuzun ümumtəhsil məktəblərində silsilə bayram tədbirləri davam etdirilib.