19.03.2018

“Ölkəmizi tanıyaq” devizi altında Yevlax rayon məktəbliləri  Şimal bölgəsinə səfər ediblər.

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən növbəti turaksiya çərçivəsində Yevlax rayon məktəbliləri 15-18 mart 2018-ci il tarixlərində Şimal bölgəsinə səfər ediblər.

Turaksiya zamanı məktəblilər Quba rayon “Cənnət bağı” İstirahət Məkkəzində, Quba Soyqırmı Memorial Kompleksində, Qusar rayon Bayraq Meydanında, Qusar Olimpiya İdman Kompleksində, “Şahdağ” Qış-Yay Turizm kompleksində və Qusar Dövlət Rəsm Qalereyasında olmuşlar.

Bu turaksiya Yevlax məktəbliləri üçün daha əlamətdar olmuşdur. Beləki, bu aksiyada iştirak edən 20 rayon məktəbliləri arasında keçirilən bilik yarışmasında məktəblilərimiz birinci yerə layiq görülmüş və layihə rəhbərliyi tərəfindən kubok və sertifikatlarla təltif edilmişlər.

Məktəblilərin getdikləri yerlərin tarixi abidələri, zəngin etnoqrafiyası, coğrafiyası, flora və faunası ilə yaxında tanışlığı olanların vətənimizə olan sevgisini daha da artırmasına, onların vətənpərvərlik ruhunda böyüməsinə təsir göstərəcək,  mənəvi inkişafına müsbət rol oynayacaqdır.