14.03.2018

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ümumtəhsil şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə” 12 fevral 2018-ci il tarixli, F-120 nömrəli əmrinin icrası ilə əlaqədar  14 mart 2018-ci il tarixdə Şəhər təhsil Şöbəsinin akt zalında müsabiqəsinin rayon mərhələsi keçirilib.

IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqədə 55 nəfər şagird iştirak edib.

Hər bir iştirakçının çıxışı videolentə alınıb.

Münsiflər heyətinin rəyinə əsasən şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Kərimxanlı Əli Ceyhun oğlu ən yüksək balla I  yeri tutaraq müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.


Açar sözlər: