31 mart Dünya Azərbaycanlılarının Soyqırımı günü ilə əlaqədar Yevlax şəhər ümumtəhsil məktəblərində anım tədbiri keçirilib.
Şəhər 9 nömrəli, 10 nömrəli, Aşağı Qarxun, Salahlı və Qaramanlı kənd tam orta məktəbdə 31 mart- Azərbaycanlılarının soyqırımı gününün 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə məktəblərin müəllimlər və məktəbin IX-XI sinif şagirdləri iştirak edib.
Məktəbin tarix müəllimləri 31 mart soyqırım günü ilə əlaqədar geniş məruzəylə çıxış edərək, şagirdlərə XX əsrin əvvəllərində erməni vandallarının Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən ermənilərin Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə törədilmiş qətl və qırğınlar barədə ətraflı məlumat veriblər.