05.04.2018

Yevlax şəhər 9 nömrəli tam orta məktəbdə “Açıq qapı” günü keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” 05 yanvar 2018-ci il tarixli əmrinin icrası ilə əlaqədar Yevlax şəhər Təhsil şöbəsi ilə Mingəçevir şəhər Təhsil şöbəsi arasında birgə tədbirlər planına əsasən 05 aprel 2018- ci il tarixdə Yevlax şəhər 9 nömrəli tam orta məktəbdə “Açıq qapı” günü keçirilib.

Tədbiri Yevlax şəhər Təhsil şöbəsinin müdiri Zərifə Məmmədova açaraq Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri, Təhsil Şöbəsinin məsul əməkdaşları və Texniki-Humanitar liseyin rəhbər pedaqoji işçilərini, müəllimləri salamlamış, tədbirin təcrübə mübadiləsi xarakteri daşıdığını, hər iki məktəbin pedaqoji kollektivinin fəal əməkdaşlıq əlaqələrinə qoşulduğunu diqqətə çatdırıb.

 Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov minnətdarlığını bildirmiş və əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətindən bəhs edib.

“Açıq qapı” gününün proqramına uyğun olaraq şəhər 9 nömrəli tam orta məktəbin 17 nəfər müəlliminin müxtəlif fənlər üzrə açıq dərsləri dinlənilib, qonaqlar və rayonun qabaqcıl müəllimləri həmin dərslərdə iştirak ediblər.

Tədbirin sonunda dinlənilmiş dərslər geniş müzakirə olunub. Müzakirə zamanı qonaqlar dərslərə çox yüksək qiymət vermiş, bu mübadilənin hər iki tərəf üçün zəruri olduğu vurğulanıb.

Tədbirlər planında nəzərdə tutulmuş digər məslələrin icrası davam etdirilir.

 


Açar sözlər: