18.04.2018

Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə  “Nümunəvi dərslər” keçirilib.

18 aprel 2018-ci il tarixdə Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə “Pedaqoji əməkdaşlıq əlaqələri” tədbirləri çərçivəsində Yevlağın qabaqcıl müəllimlərinin “Nümunəvi dərsləri” keçirilib.

 Tədbir “Proqram”a uyğun aparılıb, müxtəlif fənlər üzrə 9 nəfər müəllimin “Açıq dərs”ləri dinlənilıb və geniş müzakirə və təhlil olunub.

Yevlax və Mingəçevir Şəhər Təhsil Şöbələrininn məsul işçiləri və müəllimlər əməkdaşlığın əhəmiyətindən danışıb, dərslər barədə fikir və tövsiyələrini bildiriblər.

 Tədbir hər iki şəhərin müxtəlif məktəblərindən dəvət olunmuş 100 nəfərə yaxın müəllimi əhatə edib.


Açar sözlər: