Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar 24 aprel 2018-ci il tarixdə Yevlax şəhər 2 nömrəli və 6 nömrəli tam orta məktəblərdə tədbir keçirilib.
Tədbirdə çıxış edən məktəb direktorları və müəllimlər müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyması və xalqımızın təfəkküründə əbədi qalacaq istiqlal və demokratiya ideyaları haqqında ətraflı məlumat veriblər.
Məktəbin şagirdləri müstəqilliyə və dövlətçiliyə aid şeirlər söyləyib, mahnılar oxuyublar.