08 may 2018-ci il tarixdə Yevlax şəhər 10 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi tərəfindən Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 95-ci illiyi və faşizm üzrərində qələbənin 73-cü illiyi ilə əlaqədar tədbir təşkil edilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həyatını xalqımıza, ölkəmizin inkişafına həsr etdiyi, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verdiyi şagirdlərin diqqətinə çatdırılıb.
Bütün həyatını xalqına həsr edən, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin çoxşaxəli siyasi və dövlətçilik fəaliyyətindən, xalq, millət, Vətən qarşısında tarixi xidmətlərindən danışılıb.
Tədbirdə məktəbin ədəbiyyat müəllimi Əfşan Quliyeva Ulu öndərin həyat və yaradıcılığından danışmış şagirdlər Heydər Əliyev haqqında şer və mahnılar söyləmiş Heydər Əliyevin anadan olmasının 95-ci illiyi və qələbə bayramı münasibətilə fotostend nümayiş etdirilmişdir.