10 may 2018- ci il tarixdə Yevlax Şəhər Təhsil Şöbəsinin akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycanınn həyat yolunda əbədi mayakdır” mövzusunda Elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Şəhər Təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova açıb.
Şəhər 2 nömrəli məktəbin şagirdləri Heydər Əliyevi tərənnüm edən şeirlər səsləndirib.
Tərtib olunmuş proqram əsasında məruzə və çıxışlar dinlənilib.
Yevlax şəhər 4 nömrəli tam orta məktəbin direktoru Mehriban İmanovanın məruzəsi ətrafında şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Gülər Rəsulova, Aran qəsəbə 2 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Eldəniz Tağıyev, şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Sevinc İbrahimova çıxış edib.
Ümummilli Liderin həyatından bəhs edən sənədli film nümayiş etdirilib.