15 may 2018-ci il tarixdə Yevlax rayon Salamabad kənd tam orta məktəbdə Azərbaycan tarixi fənnindən “Qarabağ müharibəsi” mövzusunda açıq dərs keçirilib.
Məktəbin tarix müəllimi Aytən Şirinovanın IX sinifdə təşkil etdiyi açıq dərsdə şagirdlərin fəallığını artırmaq məqsədilə kompyuterdən, proyektordan, dərsliklərdən, kontur xəritələrdən, marker və iş vərəqlərindən istifadə edilib.
Keçirilən dərsin nəticəsi olaraq şagirdlər, Qarabağ müharibələrində məğlubiyyətimizin əsas səbəblərini, o zamanki hökümətin apardığı uğursuz daxili və xarici siyasət və cənab prezident İlham Əliyevin Qarabağla bağlı ortaya qoyduğu mövqeyi məqsədilə müqaisəli şəkildə təhlil ediblər.
Dərsdə şəhər Təhsil şöbəsinin nümayəndəsi Mirtaleh İsmayılzadə, məktəbin direktoru, müəllimlər və ətraf məktəblərdən bir neçə tarix müəllimi iştirak ediblər.