18.05.2018

M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” pyesinin  tamaşası nümayiş olunub.

Yevlax şəhər 8 nömrəli tam orta məktəbdə Azərbaycanın dahi dramaturqu M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” pyesinin  tamaşası nümayiş olunub.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nigar İsmayılovanın təşkilatçılığı ilə tərtib edilmiş, VIII sinif şagirdlərinin nümayiş etdirdiyi bu tamaşa müəllim və şagird kottektivinin böyük maraq və diqqətini səbəb olmuşdur.

Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin potensial bacarıqlarının üzə çıxarılması, onları fənnə olan maraqlarını dahada artırmaq olub.