22.05.2018

Aran qəsəbə 2 saylı tam orta məktəbdə şəhid  Vüqar Əmiraslanovun 50 illik yubileyi ilə bağlı tədbir keçirilib.

22 may 2018- ci il tarixdə Aran qəsəbə 2 saylı tam orta məktəbdə şəhid  Vüqar Əmiraslanovun 50 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Aran qəsəbə Mədəniyyət evində təşkil edilmiş tədbirdə Azərbaycan Milli Qəhrəmanı Fariz Mədətov, şəhidin ailə üzvləri, Qarabağ müharibəsinin keçmiş döyüşçüləri, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Aran 2 saylı tam orta məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Hekayət Nəbiyeva məktəbin adını daşıyan şəhid Vüqar Əmiraslanovun qısa tərcümeyi halı və döyüş yolu haqqında danışaraq, sözü Milli Qəhrəman F.Mədətova verib. O, da öz növbəsində tədbirin təşikilatçılarına minnətdarlığını bildirmiş, öz döyüş yolu haqqında danışaraq, şagirdlərin suallarını cavablandırıb.

Tədbir bədii hissə ilə davam etdirilib. Şagirdlər vətənə və şəhidlərə aid şeirlər söyləyiblər. Qəsəbə musiqi məktəbinin kollektivi şəhidlərə aid mahnılar oxuyub.

Tədbirdən sonra iştirakçılar şəhidin qəsəbə qəbirstanlığındakı məzarına əkil və gül dəstələri ilə ziyarət etiblər.

 


Açar sözlər: ,  ,  ,