24 may 2018-ci il tarixdə Yevlax şəhər 5 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Məktəb rəhbərliyinin dəvəti ilə tədbirdə Şəhər Təhsil Şöbəsinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının və “Kür” qəzeti redaksiyasının nümayəndələri iştirak ediblər.
Məktəbin həyətində təşkil edilmiş, məktəbin pedaqoji kollektivinin və şagirdlərinin iştirak etdiyi tədbiri məktəbin direktoru Zərxanım Əhmədova giriş sözü ilə açaraq Xalq Cumhuriyyətinin yaranması və dövlətçiliyimizin əsasları haqqında ətraflı məruzə ilə çıxış edib.
Sonraməktəbin bədii özfəaliyyət kollektvinin iştirakı ilə mahnılar və şeirələr ifa edilib.
Tədbirin sonunda YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev tərəfindən Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş inşa və bədii qiraət müsabiqələri qaliblərinə Fəxri Fərmanlar təqdim edilib.