25.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib. 

     25 may 2018-ci il tarixdə Yevlax şəhər 1 nömrəli, 3 nömrəli, Balçılı, Varvara, Nemətabad, Salahlı, Aşağı Qarxun kənd tam orta və Əcəmi kənd ümumi orta məktəbində  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib. Bayram tədbirində məktəblilər şerlər söyləmiş, milli rəqslər və maraqlı kompozisiyalarla çıxış etmişlər.
        Tədbirlərdə məktəb rəhbərləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü – istiqlaliyyət tarixindən danışmış və məktəbliləri hər bir azərbaycanlının qürurla qeyd etdiyi 28 may Respublika günü münasibəti ilə təbrik ediblər.

 


Açar sözlər: ,  ,