28 may 2018-ci il tarixdə Yevlax şəhər 10 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə məktəbin rəhbərliyi, pedaqoji kollektiv və şagirdlər iştirak ediblər.
Məktəbin direktoru Xöşbəxt Nəsibova tədbiri giriş sözü ilə açaraq Xalq Cumhuriyyətinin yaranması və dövlətçiliyimizin əsasları haqqında ətraflı məruzə ilə çıxış edib.
Sonra məktəbin bədii özfəaliyyət kollektvinin iştirakı ilə mahnılar və şeirələr ifa edilib.
Yevlax şəhər Tarix Diyarşunaslıq muzeyində davam etdirilən tədbirdə videoçarx nümayiş olunub, şagirdlərə günün mahiyyəti haqqında geniş məlumat verilib