Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə IV Məktəblilərarası Fənn Müsabiqələrinin 1-ci mərhələsi keçirilib. Müsabiqədə riyaziyyat fənni üzrə 6-cı sinif, fizika, kimya, biologiya və informatika fənləri üzrə 7-ci sinif şagirdləri iştirak edib. 156 nəfər şagirdin qatıldığı müsabiqədə şagirdlərə 50 suallıq məntiq testi təqdim olunub.
Müsabiqənin final mərhələsində şagirdlərə seçdikləri fənlərdən suallar təqdim olunacaqdır. Müsabiqə İstedadlı şagirdlərin aşkar edilməsi və Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarına hazırlıq işinin keyfiyyətinin artırılması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.