07 sentyabr 2018-ci il tarixdə Yevlax rayon Təhsil işçilərinin Sentyabr(2018) konfransı keçirilib.
Şəhər İcra Hakimiyyətinin iclas zalında keçirilən konfransda şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova,Yevlax şəhər Təhsil şöbəsinin müdiri Zərifə Məmmədova,Təhsil Nazirliyinin nümayəndəsi,Təhsil İnistutunun direktor müavini Ənvər Abbasov,rayonun qabaqcıl təhsil işçiləri,məktəb direktorları,müəllimlər,yüksək balla ali məktəblərə qəbul olmuş abutruyentlər və onların valideyinləri iştirak edirdi.
Konfrans Ulu Öndərin abidəsinin önünə gül qoyduqdan sonra,Dövlət himninin səsləndirilməsi ilə başlandı.Şəhər Təhsil şöbəsinin müdiri Z.Məmmədova konfransı giriş sözü ilə açdıqdan sonra "2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda geniş məruzə etdi.Konfrans məruzə ətrafında çıxışlarla davam etdirildi.
Sonda rayonun ümumtəhsil məktəblərini bitirib Ali məktəblərə qəbul imtahanlarında 600-dən və 500 dən çox bal toplayan məzunları şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə təltif edildilər.