13.09.2018

Cografiya Müəllimləri təlim kursuna cəlb olunub

        Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə 10 sentyabr 2018-ci il tarixdə Yevlax şəhər 3 nömrəli tam orta məktəbdə “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində Yevlax rayonu Yuxarı Qarxun kənd tam orta məktəbin coğrafiya müəllimi Bərxudarov Camalın qalib gəldiyi “Coğrafiya müəllimlərinin elektron xəritələrdən və multimedia resurslarından istifadə kompetensiyalarının inkişaf etdirilməsi” layihəsinin icrasına başlanıldı. Layihə üzrə təlim kursuna Yevlax rayonunun coğrafiya müəllimləri cəlb olunublarr. Məqsəd coğrafiya müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, inteqrativliyin təmin olunması, yeni təlim resurslarının hazırlanması və elektron xəritələrdən, multimedia resurslarından istifadə bacarıqlarının inkişaf etdirilməsidir. Layihə rəhbəri iştirakçılara Təhsil Nazirliyinin təşkil etdiyi qrant müsabiqə haqqında ətraflı məlumat verdikdən sonra layihənin məqsədi, gözlənilən nəticələri onların diqqətinə çatdırdı. Təlim müddətində coğrafiya müəllimlərinə müxtəlif komputer proqramlarının köməyi ilə xəritələrin elektron qaydada hazırlanması, xəritələr üzərində məsafələrin təyin edilməsi, sahənin hesablanması və bir sıra işlərin görülməsi ilə bağlı vacib məlumatlar verilir, bu sahədə tapşırıqlar yerinə yetirilir. Təlim kursundan keçən müəllimlər öz dərslərində CİS-dən (Coğrafi İnformasiya Sistemləri) və elektron xəritələrdən istifadə etməklə və şagirdlərə CİS-lə bağlı tapşırıqlar verməklə şagirdlərin dərsə olan marağını daha da artacaq, dərslikdəki tapşırıqların yerinə yetirilməsi üçün onlara dəstək olacaqlar.

      Təlim kursu 14 sentyabradək davam edəcək.