24.09.2018

21 sentyabr Beynəlxalq "Sülh Günü" ilə baglı tədbirlər keçirilib

     Hər il oldu kimi bu  ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 21 sentyabr Beynəlxalq Sülh Günü ərəfəsində 21 avqust-21 sentyabr tarixlərində respublikamızda "Sülh aylıgı" elan edilib.Bununla əlaqədar olaraq Yevlax Şəhər Təhsil Şöbəsinin 27.08.2018-ci il tarixli,53/5rnömrəli əmri ilə təsdiq edilmiş tədbirlər planı hazırlanaraq məktəblərə göndərilibdir.

    Aylıq çərçivəsində rayonun ümumtəhsil məktəblərində "Dünyaya sülh,xalqlara sülh","Müharibə ölümdür,qandır,fəlakətdir","İnsan hüquqlarının ən vacib tərkib hissələrindən biridə sülh şəraitində yaşamaq hüququdur" mövzularında mühazirələr,"Qoy analr aglamasın!" mövzusunda disputlar,"Ermənistan,ermənilər sülh istəmir,bəs dünya niyə susur?","Qərb dövlətlərinin Qarabag münaqişəsinin həllində ədalətsiz ikili standartları" mövzusularında dəyirmi masalar təşkil edilib.Şəhər 1,2,3,5,6,7,8,9 saylı,Kövər kənd tam orta,Xaldan kənd ümumi orta məktəblərdə keçirilən tədbirlərdə şəhər Təhsil şöbəsinin əməkdaşları iştirak ediridi. 


Açar sözlər: ,