UNESCO-nun təşəbbüsü ilə oktyabr ayının sonuncu həftəsinin bazar ertəsi günü "Beynəlxalq Məktəb Kitabxanaları Günü" kimi təsis edilmişdir.
Bununla əlaqədar 2008- ci ildən etibarən bu gün bir ay ərzində silsilə tədbirlərlə dünya ölkələrində o cümlədən Azərbaycanda qeyd edilir."Beynəlxalq Məktəb Kitabxanaları Günü" ilə əlaqədar Yevlax rayon Kövər kənd tam orta və Yuxarı Bucaq kənd ümumi orta məktəblərində tədbirlər keçirilib.Kövər kənd tam orta məktəbin kitabxanasında təşkil edilən tədbirdə şagirdlər arasında "Ucadan oxu" və "Qiraət saatı" müsabiqəsi keçirilib.Müsabiqədə qalib gəlmiş şagirdlərə münsiflər heyəti tərəfindən hədiyyələr təqdim edildi.Yuxarı Bucaq kənd ümumi orta məktəbdə təşkil edilmiş kiçik tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ruslan Yusifov şagirdləri məktəb kitabxanası ilə yaxından tanış etdikdən sonra böyük şairimiz Səməd Vurgun haqqında məlumat verdi.Sonda bir neçə şagird dahi şairin "Azərbaycan" şeirini informasiya ilə səs tonunu gözləməklə ifadəli oxudular.Ümumilikdə keçirilən tədbirlərdə əsas məqsəd uşaqların kitabın və kitabxananın dəyərinin anlaması məqsədi daşıyır.