05.11.2018

"Xəmsə" Milli İntellektual oyunun rayon mərhələsi keçirilib

              02 noyabr 2018-ci il tarixdə Yeniyetmələr arasında "Xəmsə" Milli İntellektual oyonun VI Azərbaycan Çempionatının rayon mərhələsi keçirilib.

Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin akt zalında keçirilən yarışda rayon məktəblilərindən ibarət səkkiz komanda iştirak edirdi.Şəhər 9 nömrəli tam orta məktəbin komandası sonda rəqiblərindən daha çox xal toplayaraq rayon mərhələsinin qalibi seçildi.Qalib olmuş komanda 10 noyabr 2018-ci il tarixdə Göygöl rayonunda keçiriləcək "Xəmsə" oyununun zona turunda iştirak edəcək.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin,Şəhər Təhsil Şöbəsinin,Gənclər İdman İdarəsinin və YAP  Yevlax Rayon Təşkilatının rəsmiləri də iştirak edirdi.

 


Açar sözlər: ,