Hər il oldugu kimi bu il də oktyabr ayında "Fövqəladə Hallar Uşaqların gözü ilə" respublika uşaq yaradıcılıq müsabiqəsinin rayon mərhələsi keçirilib.
Yevlax şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaxından köməkliyi ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən müsabiqədə "Yangın və qəza-xilasetmə texnikasının modeli"adlı texniki yaradıcılıq işi ilə UGİM-in dərnək üzvüləri şəhər 6 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Rəvan Əsədli və 2 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Namiq Əlizadə,Şəhər 6-nömrəli məktəbin şagirdi Elgiz Əsədov "Fövqəladə Hallar Nazirliyinin gerbi" adlı əl işi ilə,həmin məktəbin 7-ci sinif şagirdi və 7 nömrəli məktəbin 8-ci sinif şagirdi Səməd Şükürovla birgə "Fundamental qüllə üzərində FHN-nin fırlanan,zəngli gerbi" simvolu ilə,yangın-xilasetmə mövzularında rəsm və plakat yaradıcılıq işləri ilə şəhər 1,3, 5 və7 nömrəli tam orta məktəblərin şagirdləri Xatın Qasımova,Pərvin Sadıqova,Şəhanə Kərimli və İlkin Məmmıdov fərqlənərək qalib adına layiq görüldülər.
Müsabiqə qaliblərinin yaradıcılıq işləri müsabiqənin respublika mərhələsində iştirakı üçün Fövqəladə Hallar Nazirliyinə göndərildi.