19.11.2018

Yevlax məktəbliləri "Ölkəmizi tanıyaq" devizi altında tur-aksiyasına başladılar

                 

             Hər il  olduğu kimi   bu ildə möhtərəm  Prezidentimiz  İlham  Əliyev  cənablarının   tapşırığı ilə ölkəmizin  ümumtəhsil  məktəblərinin IX-XI sinif  şagirdlərinin  “Ölkəmizi tanıyaq!” devizi  altında tur-aksiyası keçirilir.  Bu səyahətlərin keçirilməsində məqsəd gənc nəsli tarixi, iqlimi, füsunkarlığı, gözəl təbiəti, zəngin milli-mənəvi dəyərləri, adət-ənənəsi, mədəni sərvətləri, qədim abidələri ilə seçilən ucsuz-bucaqsız Vətənimizi  yaxından tanış etmək, onlarda  doğma  yurda sonsuz sevgi, məhəbbət, onun hər bir qarışını  göz bəbəyi kimi qorumaq hisslərini daha da gücləndirməkdir.

         18 oktyabr 2018-ci il tarixdə start  götürən aksiya proqrama uyğun olaraq məktəblilərimiz  ölkəmizin Şimal bölgəsinə-Quba, Qusar, Xaçmaz rayonlarına yollanırdılar. Səhər saatlarında Heydər Əliyev Mərkəzinin önünə toplaşan rayonumuzun əlaçı şagirdlərindən  ibarət 40 nəfər məktəbli oğlan və qızları ilk öncə Ulu Öndərin abidəsini ziyarət etdilər.

           Sonra üzərinə “Ölkəmizi tanıyaq!” və “Yevlax” sözləri yazılmış xüsusi  forma  geyinmiş səyahət iştirakçıları Yevlax Şəhər İcra Hakimiyyəti Başcısı Aparatının və Şəhər Təhsil Şöbəsinin rəsmi əməkdaşlarının müşaəti ilə xüsusi ayrılmış avtobusa vasitəsi ilə yola düşdülər.şəhərin baş meydanına gələrək ümummilli liderin möhtəşəm  abidəsi  önünə təzə-tər gül dəstələri düzdülar və əziz rəhbərin ölməz xariəsini bir dəqiqəlik sükutla yad edərək, onun  ideylarını daim yaşadacaqlarına söz verdilər. Elə oradaca  xatirə şəkli çəkdirdikdən sonra xüsusi  avtobusa əyləşərək   dövlət  yol polisi  əməkdaşlarının  müşayəti ilə  yola  düşdülər.


Açar sözlər: ,