27.11.2018

Ümumtəhsil məktəblərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "100 min agac əkək" devizi altında agacəkmə aksiyası keçirilib

      Noyabr ayınından başlayaraq rayonun ümumtəhsil məktəblərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar "100 min agac əkək" devizi altında agac əkmək aksiyasına start verilib.

Şəhərin 3,8 nömrəli və Salamabad,Balçılı və Malbinəsi kənd tam orta məktəblərində mövsümə uygun olaraq meyvə və şam agacları əkildi.Məktəblərin həyətində aparılan agac əkinində məktəb direktorları,müəllimlər,şagirdlər və texniki işçiləri iştirak edirdi.

      Agac əkmək aksiyası ayın sonunda qədər davam etdiriləcək.

 


Açar sözlər: ,