12 yanvar 2019-cu il tarixdə Şəhər 2 nömrəli tam orta məktəbdə "AUKAA"-Azərbaycan "Böyük Britanya Məzunları" İctimai birliyi Təhsil Nazirliyi,"BP" və Britanya konsullugunun tərəfdaşlıgı ilə "Böyük Britaniyada Təhsil" adlı layihə ilə baglı seminar keçirilib.
Seminarda məktəbin VIII-XI sinif şagirdləri və müəllimlər iştirak edirdi. Layihənin məqsədi kimsəsiz və valideyn himayəsindən məhrum olmuş həmçinin sosial risk altında olan gəncləri xaricdə təhsilə həvəsləndirmək, Britaniyada təhsil imkanları ilə tanış etmək, onları texniki olaraq xaricdə təhsilə hazırlamaq, ingilis dili biliklərinin inkişafına dəstək olmaq və gənclərin şəxsi inkişafına Britaniya məzunlarının mümkün töhfəsini verməkdir