17.01.2019

20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar "Tariximiz qan yaddaşımızdır" adlı dəyirmi masa keçirilib

                            20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar 16 yanvar 2019-cu il tarixdə Şəhər 1 nömrəli və İrəvanlı qəsəbə tam orta məktəblərində dəyirmi masa keçirilib.

Dəyirmi masada məktəbin direktorları,müəllimlər və şagirdlər iştirak edirdi.Tədbirlər 20 yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yada etməklə başlanılıb.İlk növbədə məktəb direktorları 20 yanvar faciəsiylə baglı geniş məruzə ilə çıxış ediblər.Tədbirdə cıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin səbəbləri, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə ətraflı məlumat verdilər.

                           Məktəblərin şagirdləri 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söylədilər,çəkdikləri rəsmlərini nümayiş etdirdilər.


Açar sözlər: ,