21.01.2019

20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar  məktəblərdə anım tədbirlər  keçirilib

                                  20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar rayonun Nərimanabad və Aşagı Qarxun kənd tam orta məktəblərində anım  tədbirlər keçirilib.

Tədbirdə məktəb direktorları,müəllimlər,şagirdlər və şəhid ailələri iştirak edirdi.Anım tədbirləri şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlanılıb.Tədbirdə çıxış edənlər  Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən, şəhidlərimizin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda apardığı mübarizəsindən danışılıb. 20 Yanvar faciəsinin unudulmayacağı, vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin daim yaşayacağı vurğulanıb.

                                Şagirdlər 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyublar və azadlıq ugrunda canlarından keçən şəhidlərimizə aid şeirlər söylədilər.


Açar sözlər: ,