Yevlax ŞTŞ-ı və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılıgı ilə məktəblilər arasında "20 Yanvar faciəsi"nin 29-cu il dönümü ilə əlaqədar rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvü,Şəhər 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Qasımova Xatın Eldar qızının çəkdiyi rəsmlər 1-ci yerə layiq görülüb.Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov müsabiqənin qalibi X.Qasımovaya qiymətli hədiyyə və Şəhər Təhsil Şöbəsi və YAP rayon təşkilatının hazırladıgı Fəxri Fərmanlarını təqdim etdi.