İdmançımız,Şəhər 4 nömrəli tam orta məktəbin şargirdi Ocayev Müşfiq yeniyetmələr arasında sərbəst və yunan-Roma güləş üzrə Bakı şəhərində keçirilən, 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş Beynəlxalq turnirdə II yerə layiq görülüb.Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə yerli pəhləvanlarla yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də iştirak ediblər.
18 yanvar 2019-cu il tarixdə idmançımız Müşfiq Ocayev və onun məşqçi müəllimi Tofiq Tagıyev şəhər Təhsil Şöbəsinə dəvət ediliblər.Şəhər Təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova yeniyetmə idmançımız M.Ocayevə Beynəlxalq turnirdə layiq görüldüyü II yer Diplomunu təqdim edərək,gələcək yarışlarda dahada yüksək naliyətlər əldə etməsini arzuladı.Məşqçi müəllim T.Tagıyev göstərilən bu diqqət və qaygıya görə Z,Məmmədovaya öz minnətdarlıgını bildirdi.