12 fevral 2019-cu il tarixdə Şəhər Təhsil şöbəsinin akt zalında hər iki valideyininin itirmiş və qəyyumluga götürülmüş şagirdlərə hədiyyələr təqdim edilib
Təhsil şöbəsinin fəaliyyət planına uygun olaraq rayonun ümumtəhsil məktəblərində qəyyumluga götürülmüş və hər iki valideyinini itirmiş şagirdlərə kömək etmək məqsədilə ŞTŞ-nın məsləhətçisi Ümidvar Məmmədov tərəfindən məktəblərdə monitorinq aparılıbdır.Monitorinq nəticəsində rayonun 10 məktəbindən 15 nəfər qəyyumluga götürülmüş və hər iki valideyinini itirmiş şagird müəyyən edilib.T.İ.A.H.İ -nın Yevlax RK-sinin maddi dəstəyi ilə həmin şagirdlərə məktəb ləvazimatları təqdim olundu.