14 fevral 2019-cu il tarixdə İrəvanlı qəsəbə tam orta məktəbdə "Narkomaniyaya yox deyək" adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin və Şəhər Təhsil şöbəsinin əməkdaşları,məktəbin müəllim və şagird kollektivi,tibb işçiləri və valideyinlər iştirak edirdi.Çıxış edən natiqlər narkomaniyanı bəşəriyyətin ən böyük bəlası adlandıraraq şagirdlərə onun cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu vurğulayıblar.