19.02.2019-cu ildə Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbdə “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəb rəhbər işçiləri , məktəbin psixoloqu, UBTR və məktəbin yuxarı sinif şagirdləri iştirak edirdi.İlk olaraq məktəbin direktoru Sevda Səmədova çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışdı.Sevda müəllim müasir dövrün ən qorxulu bəlallarından olan narkomaniya və onun fəsadları,gətirdiyi faciələr barədə məlumat verdi, yeniyetmə və gənclərin narkomanlıq ,digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı vətənpərvər ruhunda böyüməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar və digər işlərin icra vəziyyətindən danışdı.
Sonra çıxış edənlər məktəbin təlim tərbiyə üzrə direktor müavini Xaliq Əliyev,psixoloq Ofelya Əsədova,məktəbin bialogiya müəllimi Könül Hüseynova şagirdlərə Narkotik vasitələrin, psixitrop maddələrin insan həyatı üçün təhlükələrindən və orqanizmə törətdiyi fəsadlardan danışıblar.