25 fevral 2019-cu il tarixdə Şəhər 2nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Akt zalında təşkil edilmiş tədbirdə məktəbin müəllim kollektivi,şagirdlər və rayonun mətbu orqan olan "Kür" qəzetinin əməkdaşı iştirak edirdi.Tədbirdə çıxış edənlər məktəbin direktor əvəzi Məlahət Məcidova və digər müəllimlər XX əsrin dəhşətli faciəsi olan Xocalı faciəsi və ermənilərin xalqımızın başına gıtirdiyi dəhşətli müsibətlər haqqında ətraflı məlumat verdilər.Şagirdlər vətənə,dövlətçiliyə, şəhidlərə aid çıxışlar etdilər,şeirlər söylədilər və sonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş kompozisiya təqdim olunub.