27.02.2019

Xocalı soyqırımının 27-ci ildönümü ilə baglı rayonun Ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilib

                 26 fevral 2019-cu il tarixdə rayonun Ümumtəhsil məktəblərində Xocalı facisəsinin 27-ci il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Şəhər 8 nömrəli,Malbinəsi,Qoyunbinəsi,Kövər,Salahlı,Varvar,Aşagı Qarxun,Xaldan kənd tam orta,Cırdaxan və Yuxarı Bucaq kənd ümumi orta məktəblərdə Xocalı faciəsinylə baglə anım tədbirləri keçirilib.Tədbirlərdə məktəblərin müəllim kollektiviləri,şagirdlər,valideyinlər,şəhid ailələri və digər qonaqlar iştirak ediblər.Keçirilən anım tədbirləri bir qayda olaraq Dövlət Himninin səsləndirilməsi,şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və məktəblərin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidələrin önünə gül dəstələri qoymaqla başlanılıb.Tədbirdə çıxış edənlər məktəb rəhbərləri və müəllimlər böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat veriblər.Şagirdlər Xocalı faciəsinə həsr olunan şeirlər səsləndiriblər və soyqırımla baglı hazırladıqları fotostendləri, guşələri nümayiş etdiriblər.Sonda şagirdlər Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiyalar göstəriblər.

 


Açar sözlər: ,