11.03.2019

"Uşaq və gənclərin Azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi" mövzusunda elmi-praktiki konfransı keçirlib

                 07.03.2019-cu il tarixdə Kövər kənd tam orta məktəbdə "Uşaq və gənclərin Azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi" mövzusunda elmi-praktiki konfransı keçirlib.

Konfransda Yevlax ŞTŞ-nin müdiri Zərifə Məmmədova,ŞTŞ-nın əməkdaşları,rayonun bütün məktəb direktorları və qabaqcıl müəllimləri iştirak edirdi. Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrası ilə əlaqədar Yevlax Şəhər Təhsil Şöbəsinin Fəaliyyət Planına uygun olaraq keçirilən elmi-praktiki konfransda ŞTŞ-nın müdiri Zərifə Məmmədova giriş sözü ilə çıxış edərək konfrans iştirakçılarına keçirilən tədbir haqqında məlumat verdikdən sonra konfrans açıq elan olundu.Kövər kənd tam orta məktəbin şagirdlərinin  ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Məktəblilərin çıxışından sonra “Ümummilli lider Heydər Əliyev: “Mən fəxr edirəm ki,Azərbaycanliyam” filminə baxıldı. Sonra Kövər kənd tam orta məktəbin direktor Sevda Kərimova "Uşaq və gənclərin azərbaycançılıq ideologiyasi ruhunda tərbiyəsi” mövzusunda, şəhər 2 №-li tam orta məktəbin müəllimi, “Əməkdar müəllim” Leyla Səlimova "Milli-mənəvi tərbiyənin təşəkkülündə hümanitar fənlərin imkanları", şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Agayeva "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası", Yevlax Şəhər Təhsil Şöbəsinin məsləhətçisi Ümidvar Mamedov isə  "Azərbaycançılıq ideologiyasının tarixi köklər" mövzularında çıxışlar etdilər.

                ŞTŞ-nın müdiri Z.Məmmədova konfransın Kövər kənd tam orta məktəbdə keçirilməsini məktəbin iş təcrübəsi ilə tanışlıq məqsədi daşıdıgını bildirdi. Sonda konfrans iştirakçıları məktəbin fəaliyyəti ilə yaxından tanış oldular.  


Açar sözlər: