15.03.2019

Məktəblilərimiz “Ölkəmizi tanıyaq!” devizi altında keçirilən növbəti  tur-aksiyaya başladılar

           Şəhərimizin ümumtəhsil  məktəblərinin IX -XI  sinif şagirdlərindən ibarət daha bir qrupu “Ölkəmizi tanıyaq!” devizi altında keçirilən tur-aksiyaya  qoşularaq  15 mart 2019-cu il tarixdə ölkəmizin cənub bölgəsinə səyahətə yola salınıb. 40 nəfər məktəblidən ibarət tur-aksiya iştirakçılarını dörd gün çəkəcək səyahət ərzində təcrübəli həkim, müəllim və pedaqoqlardan ibarət nümayəndə heyəti müşaiyət edəcək.
          Şagirdlər ilk öncə Ümummili Liderin şəhərin mərkəzi meydanındakı abidəsinin önünə gül qoyduqdan sonra "Heydər Əliyev " muzeyini ziyarət ediblər.Sonra səfər iştirakçıları onlara ayrılmış xüsusi avtobusla  respublikamızın cənub bölgəsinə-Lənkəran- Masallı-Astara şəhərlərinə təntənəli yola salınıblar.