02 aprel 2019-cu il tarixdə Yuxarı Qarxun kənd tam orta məktəbin şagirdləri Mərkəzi Elektron Kitabxanada olublar.
Məktəbin direktoru Günel Qasımovanın, təşkilatçı müavin Camal Bərxudarovun, Uşaq Birliyi Təşkilatı rəhbəri Şəfaqət İsmayılovanın, digər müəllimlərin və şagirdlərin iştirak etdiyi tədbirin əsas məqsədi şagirdlərin rayonun Mərkəzi Elektron Kitabxanası ilə tanış olmaları olubdur. Mərkəzi Elektron Kitabxananın xidmət şöbəsinin rəhbəri Mətanət Rəşidova Elektron Kitabxana, onun fəaliyyəti haqqında geniş məlumat verdi, oxu zalı, komputer otağı ilə şagirdləri tanış etdi. Həmçinin şagirdlərə Elektron Kitabxanada olan stendlər, rayonun idmançıları və eləcə də aprel döyüşləri zamanı igidlik göstərən qəhrəmanlarımız barədə ətraflı məlumat verdi. Mərkəzin komputer otağında şagirdlərə aprel döyüşləri haqqında maraqlı olan fraqmentlər göstərildi. Şagirdlər Kitabxanadan maraqlı və xoş təəssuratlarla ayrıldılar.