07 aprel 2019-cu il tarixdə Şəhər 8 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri Bərdə rayonu ərazisində yerləşən "Nüşabə" qalasına səyahət ediblər.
Sinif rəhbəri Dursun Kərimova və məktəbin müəllimi Vüsalə Fəttayevanın rəhbərliyi ilə təşkil edilmiş ekskursiyada şagirdlər xalq arasında "Nüşabə" qalası adı ilə tanınan,1322-ci ildə tikilmiş Bərdə qalasıyla tanış olublar.Müəllimlər silindir formasında olan bu qədim tarixi abidə haqqında şagirdlərə ətraflı məlumat veriblər.Şagirdlər qalanın qarşısında xatirə şəkilləri çəkdiriblər.