15.04.2019

"Narkomaniyaya, dini radikalizmə və erkən nigaha daxilolmaya yox deyək" mövzusunda şagirdlərlə görüş keçirilib

          12 aprel 2019-cu il tarixdə Kövər kənd tam orta məktəbdə "Narkomaniyaya, dini radikalizmə və erkən nigaha daxilolmaya yox deyək" mövzusunda şagirdlərlə görüş keçirilib.

Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılıgı ilə Kövər kənd tam orta məktəbdə "Narkomaniyaya, dini radikalizmə və erkən nigaha daxilolmaya yox deyək" mövzusunda keçirilən tədbirdə Rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev,Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsini rəisi Elməddin Cəfərov, məktəbin müəllim və şagird kollektivi,kənd ictimaətinin nümayəndələri iştirak edirdi.Tədbirdə çıxış  edən RPŞ-nin rəisi,polis polkovniki E.Mehdiyev şagirdlərə narkomaniya və onun fəsadları ilə baglı geniş məlumat verdi,"ag ölüm"ün ailə və cəmiyyət üçün yaratdıgı ciddi problemləri diqqətə çatdırdı.SVHXÇDX-nin rayon şöbəsinin rəisi,mayor E.Cəfərov çıxış edərək  dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdıgı mənfi təsirdən danışıb.Məktəbin direktoru Sevda Kərimova öz çıxışında erkən nigahın səbəb oldugu problemlərdən söhbət açaraq,hər bir uşagın yaşamaq,təhsil almaq,müdafiə olunmaq hüquqlarının oldugunu,hər bir şagird öz hüquq və vəzifələrini bilməli,zərərli vərdişlərdən uzaq durmalı olduqlarını iştirakçıların nəzərinə çatdırdı.Sonda şagirdləri maraqlandıran suallarına cavab verildi.     


Açar sözlər: ,