Təhsil Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən "Yaşıl məktəb" aksiyasına başlanılıbdır.
Aksiya çərçivəsində ölkənin regionlarında yerləşən bütün ümumtəhsil,ali və orta ixtisas,peşə məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin ərazilərində yaşıllaşdırma işləri aparılacaqdır. Şəhər Təhsil Şöbəsinin Nazirliyə göndərdiyi sifarişə əsasən məktəblərdə 700 ədəd agacın əkilməsinə ehtiyac oldugu bildirilib. "Yaşıl məktəb" aksiyası çərçivəsində 15 aprel 2019-cu il tarixdə şəhər 6 nömrəli və Səmədabad kənd tam orta məktəblərinin ərazilərində deklarativ və meyvə agacları əkilibdir. Agac əkmə aksiyasında məktəb rəhbərliyi,müəllimlər və şagirdlər iştirak edirdi. "Yaşıl məktəb" aksiyasının keçirilməsində məqsəd ətraf mühitin qorunması,şagirdlərdə təbiətə qaygı hissini,ekaloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək,onların saglamlıgının qaygısına qalmaqdır. Aksiya aprel ayının sonuna qədər davam etdiriləcəkdir.