17.04.2019

Məktəblərdə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar tədbirlər keçirilir

            "Oxu günü" tədbirinin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq əmrinə uygun olaraq rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilir.

12-15 aprel 2019-cu il tarixlərdə Salamabad, Xaldan, Kövər, Qaramanlı kənd tam orta, Əcəmi, Yuxarı Bucaq, Aşagı Bucaq və Quşçu kənd ümumi orta məktəblərdə "Oxu günü" ilə baglı tədbirlər keçirilib.Tədbirlərdə Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəblərin müəllim və şagird kollektivləri iştirak edirdi.Çıxış edənlər ilk öncə  şagirdlərə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” barədə şagirdlərə zəruri məlumatlar verdilər , bu “Gün”ün beynəlxalq səviyyədə qeyd olunmasının məqsədi, əhəmiyyəti və mahiyyətinin onlara izah edildi.Qeyd olunan  məktəblərdə aprel ayında anadan olmuş Azərbaycan yazıçıların seçmə yolla bədii əsərlərini oxudular və müzakirə etdilər. Salamabad kənd tam orta məktəbdə şagirdlər M.C.Paşayevin povestlərindən, Kövər və Xaldan kənd tam orta məktəblərdə "Nəsimi" filmindən , Yuxarı Bucaq kənd ümumi orta məktəbdə C.Məmmədquluzadənin əsərlərindən, Quşçu kənd ümumi orta məktəbdə isə S.Vurgunun "Vaqif" darmından  parçaları səhnələşdirib nümayiş etdiriblər. Aprel ayının 23 də "Oxu günü" ilə baglı ümumrayon tədbiri keçiriləcəkdir.


Açar sözlər: ,