18.04.2019

"Oxu günü" ilə baglı məktəblərdə tədbirlər davam etdirilir

             17 -18 aprel 2019-cu il tarixlərdə Şəhər 9 nömrəli,Səmədabad,Qoyunbinəsi,Hacıselli,Balçılı,Yuxarı Qarxun  kənd tam orta və Hacımahmudlu kənd ümumi orta məktəblərdə "Oxu günü" ilə baglı tədbirlər keçirilib.

Şagirdlər arasında  mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafı məqsədilə təşkil olunan tədbirlərdə məktəb rəhbərləri,müəllim və şagird kollektivləri iştirak edirdi. "Oxu günü”ndə məktəblilərin iştirakı ilə aprel ayında anadan olan və dünyasını dəyişən  Azərbaycan ədiblərinin rayrı-ayrı əsərlərin müzakirəlri aparılıb,  kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər və digər təqdimatlar göstərilib. Tədbirlərdə çıxış edənlər  gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu haqqında məlumatlar veriblər.

            "Oxu günü" tədbirləri aprel ayının sonunadək davam etdiriləcək.


Açar sözlər: ,