22 aprel 2019-cu il tarixdə Şəhər 2 nömrəli tam orta məktəbdə "Oxu günü" ilə baglı tədbir keçirilib.
Tədbir Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas alim, gözəl pedoqoq olan Mir Cəlal Paşayevin bədii yaradıcılıgına həsr olunub. Məktəbin direktoru Sədaqət Şükürova, Şəhər Təhsil Şöbəsinin əməkdaşları Mirtaleh İsmayılzadə, Ümidvar Mamedov və məktəbin müəllim şagird kollektivi tədbirdə iştirak edirdi.Giriş sözü ilə çıxış edən məktəbin Azərbaycan dili və ədəbiiyat müəllimi, "Əməkdar müəllim" Leyla Səlimova XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş yazıçı, böyük alim Mir Cəlal Paşayev və onu yaradıcılıgı haqqında ətraflı məlumat verdi.
Tədbir zamanı görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi, şagirdlərin ifasında yazıçının şeirləri dinlənildi.Məktəbin VII sinif şagirdləri ədibin əsərlərindən hissələr oxudular və müzakirə etdilər.Şagirdlərin ifasında yazıçının “Bir gəncin manifesti" romanı əsasında hazırlanmış "İtə ataram yada satmaram" səhnəciyi təqdim olundu.Sonda məktəbin direktoru S.Şükürova tədbirdə fərqlənən şagirdlərə Fəxri Fərmanlar təqdim etdi.