21 aprel 2019-cu il tarixdə Yevlax şəhər 5 nömrəli tam orta məktəbdə Ümummilli Lider H.Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş şahmat birinciliyi keçirilib.
Məktəbin II-IV sinif şagirdləri arasında təşkil edilən yarışda şagirdlər bilik və bacarıqlarını yüksək səviyyədə nümayiş etdiriblər. Yarışda qızlar arasında 3 c sinif şagirdi Kərimli İlahə, oğlanlardan isə 4a sinif şagirdi Qarayev Elvin birinci yerə layiq görülüblər layiq. Birinci yerə layiq görülən şagirdlər məktəbin direktoru Zərxanım Əhmədova tərəfindən diplomlar təqdim edildi.