23 aprel 2019-cu il tarixdə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" ilə baglı ümumrayon tədbiri keçirildi.
Yevlax şəhər Heydər Əliyev Mərkəzində açıq səmada təşkil edilmiş tədbirdə Şəhər İcra Hakimiyyətinin nümayəndələri,Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və şagirdlər iştirak edirdi.Tədbiri giriş sözü ilə açan Şəhər Təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova UNESCO-nun qərarına əsasən, hər il aprelin 23-nün "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" kimi qeyd edilməsinin əhəmiyyəti və mahiyyəti, Təhsil Nazirliyinin bununla baglı imzaladıgı əmrin icrasına uygun olaraq Respublikanın hər yerində oldugu kimi Yevlax rayonunda da 23 aprel "Oxu günü” kimi qeyd edildiyini bildirdi. Z.Məmmədova "Oxu günü"nün keçirilməsi uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişaf etdirilməsi məqsədi daşıdıgını iştirakçıların nəzərinə çatdırdı.
Sonra məktəblilər aprel ayında anadan olmuş Azərbaycan yazıçıları və ədibləri M.P.Vaqif, M.C.Paşayev,Ç.Abdullayev, İ.Nəsimi və digərlərinin şeirlərini,qəzəllərini,qoşmalarını oxudular və bu ədiblərin əsərlərindən səhnəciklər nümayiş etdirdilər.