24 aprel 2019-cu il tarixdə Yevlax Şəhər Təhsil Şöbəsində “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda Pedaqoji mühazirələrinin rayon mərhələsi keçirilib.
Konfrans formasında keçirilən tədbiri ŞTŞ Metodkabinetinin müdiri Xaləddin Niftəliyev açaraq iştirakçılara “Qaydalar”, meyarlar barədə məlumat verdi və onların suallarını cavablandırdı. Sonra ŞTŞ-nin müdir müavini Fəyaz Vəliyev çıxış etdi. İştirakçılar bölmələr üzrə öz biliklərini nümayış etdirdilər.
Üç bölmə üzrə dinləmələrdə 57 nəfər müəllim, psixoloq və rəhbər təhsil işçiləri iştirak etdilər. Mühazirələrə Münsiflər heyətinin hər bir üzvü tərəfindən meyarlar üzrə ayrılıqda verilmiş qiymətlər cəmlənərək orta bal çıxarılacaq və ən yüksək bal toplayan 2 nəfərin mühazirəsi Respublika Təşkilat Komitəsinə təqdim olunacaqdır.