25 aprel 2019-cu il tarixdə Şəhər 8 nömrəli tam orta məktəbdə Azərbaycan tarixi fənnindən "Açıq dərs" keçirilib.
Məktəbin tarix müəllimi Salatın Süleymanovanın VIIIc sinfində " Çar Rusyasının Azərbaycanın içərilərinə dogru irəliləyir" mövzusunda keçirdiyi " Açıq dərs "də məktəbin fənn müəllimləri ilə yanaşı bir neçə məktəbin tarix müəllimləri də iştirak edirdi. Müəllim dərsdə intraktiv təlim metodlarından,proektordan,komputerdən,xəritələrdən və əlavə təlim vasitələrindən istifadə etməklə dərsi müasir tələblər səviyyəsində qurmagı bacarıb.Yeni mövzu proektor vasitəsiylə şagirdlərə çatdırıldıqdan sonra şagirdlər qruplar halında mövzunun təqdimatını hazırlayıblar. Təqdimatlar zamanı şagirdlər Çar Rusyasının Car-Balakəni və Gəncə xanlıgı işgal etdiyi zaman xalqəməzən yadellilərə qarşı mübarizəsini ətraflı şəkildə müzakirə ediblər.