29.04.2019

Yevlax Şəhər 2 nömrəli tam orta məktəbdə Riyaziyyat birinciliyi keçirilib

            26 aprel 2019-cu il tarixdə Yevlax Şəhər 2 nömrəli tam orta məktəbdə VII sinif şagirdləri arasında  Riyaziyyat birinciliyi keçirilib.

Məktəbin dörd yeddinci sinifləri arasında keçirilən yarışmada ümumilikdə 78 nəfər şagird iştirak edirdi.Akt zalında təşkil edilən yarışmada VIIa sinfinin şagirdləri rəqiblərindən daha çox bal toplayaraq məktəb birinciliyi adına layiq görülüblər.Bu cür yarışlarının keçirilməsində əsas məqsəd şagirdlərin riyaziyyat fənninə olan maraqlarını daha da artırmaq məqsədi daşıyır. Sonda qalib olmuş komandaya   məktəb direktoru tərəfində hazırlanmış Fəxri Fərmanlar təqdim olundu.


Açar sözlər: ,